Aborta razı olmayan hamilə arvadını öldürdü

Aborta razı olmayan hamilə arvadını öldürdü

Hazırda oxunan: Aborta razı olmayan hamilə arvadını öldürdü
574870
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniyada hamilə qadın amansızlıqla öldürülüb.

Bizim.Media bildirir ki, hadisə paytaxt Londonun Uolthemstou rayonunda baş verib.

47 yaşlı Şeyn Març 32 yaşlı sevgilisi Alana Odissosu bıçaqlayaraq öldürüb. Qadın hamiləliyini dayandırmaqdan imtina etdiyinə görə kişi bu addımı atıb.

Qonşular hadisədən əvvəl qadının "mən uşağımı öldürmək istəmirəm" deyə qışqırdığını eşidiblər.

İstintaqın məlumatına görə, cütlük dörd ay davam edən zorakı münasibətdə olub. Qətl idman ayaqqabısının qaytarılması ilə bağlı mübahisədən başlayıb, daha sonra qadının hamiləliyi üzərindən yaranan münaqişəyə çevrilib.

Qatil bıçaqlanmanı etiraf etsə də, qətl ittihamını inkar edir. Hadisənin bütün halları üzrə istintaq davam etdirilir. /Lent.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO