İŞİD-dən də təhlükəli qruplaşma

İŞİD-dən də təhlükəli qruplaşma

Hazırda oxunan: İŞİD-dən də təhlükəli qruplaşma

57376
Nigeriyanın şimalında "Boko Haram" terror qruplaşmasının zorakılıqları nəticəsində 11 min insan həyatını itirib.

ANS PRESS-in məlumatına görə, qruplaşma barədə Con Hopkins universitetinin Beynəlxalq Araşdırmalar bölməsinin alimləri hesabat hazırlayıb. Tədqiqatçılar Nigeriyada 1998-ci ildən başlayaraq qanlı zorakılıqlar haqda məlumatlardan istifadə ediblər.

"Washington Post" qəzetində hesabatla bağlı dərc edilən məqalədə tədqiqatçılar "Boko Haram"ın törətdiyi zorakılıqların dünyada ən qanlı münaqişələrdən biri olduğunu bildirib.

Tədqiqatçılar 2013-cü ilin iyul ayından bu ilə qədər son 12 ay ərzində Nigeriyada yeddi min adamın öldürüldüyünü bildirib. Onların sözlərinə görə, bu, İraq və Əfqanıstanda döyüşlər nəticəsində tələfatlardan qat-qat artıq göstərcidir.

Bu göstəricilərə "Boko Haram" tərəfindən hücumlar və Nigeriya hərbi qüvvələrinin onlara qarşı hərbi əməliyyatları nəticəsində tələfatlar daxil edilir. İnsan haqları qrupları Nigeriya hərbi qüvvələrini militanatların qarşısını almaq üçün ağır silahlardan istifadə etməkdə günahlandırır.

Tədqiqatçılar 1998-ci ildən etibarən Nigeriyada etnik, dini, siyasi və iqtisadi zəmində zorakılıqlar nəticəsində ümumilikdə 30 min insanın həyatını itirdiyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO