"ABŞ İŞİD-i Qafqaza qədər gətirəcək" - Rus politoloq

Hazırda oxunan: "ABŞ İŞİD-i Qafqaza qədər gətirəcək" - Rus politoloq

54905
“İraq ərazisinin bombalanması yavaş-yavaş Suriyaya da keçəcək”.
 
Axar.az İarex.ru saytına istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Qriqori Trofimçuk çıxış edib. O, Rusiyanın Suriyanı müdafiə edə bilməyəcəyini deyib:
 
“İŞİD-in Yaxın Şərqdə yaradılmasında əsas məqsəd xüsusi olaraq, Şimali Qafqaza qədər olan bütün regionda qeyri-stabillik yaratmaqdan ibarətdir. Ona görə də Ramzan Kadırov öncədən narahat olub. Hazırda Vaşinqton tədricən özünün regiondakı ən vacib hədəflərindən biri olan Suriyaya daxil olur. İndiki zamanda Suriya Rusiya və Çin tərəfindən silahlandırılıb. Onun kimyəvi silahı yoxdur ki, öz düşmənlərinə cavab verə bilsin. Ona görə də İraq ərazisinin bombalanması yavaş-yavaş Suriyaya da keçəcək. Bu məqamda ABŞ-ın ünvanına suallar yönələcək ki, o da formal xarakter daşıyacaq. Rusiya uzun müddətli və sıx şəkildə Ukraynaya bağlanıb. Ona görə də Suriyaya müdaxilə edə bilməyəcək. Bu isə Vaşinqtona başqalarından daha yaxşı aydındır. ABŞ-ın İŞİD-lə müharibəsi nə qədər geniş olsa, bir o qədər də bu terror təşkilatı SSRİ-nin bir vaxtlar təsir etdiyi ərazilərə yayılacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO