Rusiyanın tarix kitablarında Ermənistan sözü “İrəvan xanlığı” olaraq DƏYİŞDİRİLDİ

Rusiyanın tarix kitablarında Ermənistan sözü “İrəvan xanlığı” olaraq DƏYİŞDİRİLDİ

Hazırda oxunan: Rusiyanın tarix kitablarında Ermənistan sözü “İrəvan xanlığı” olaraq DƏYİŞDİRİLDİ
54487
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın tarix dərsliyində Türkmənçay müqaviləsi ilə bağlı edilən düzəliş Ermənistanda müzakirə mövzusuna çevrilib.

Bizim.Media xəbər verir ki, bu haqda jurnalist Asif Nərimanlı öz sosial şəbəkə qeydində yazıb.

O, müqavilənin 193-cü ildönümü tarixindən bir həftə əvvəl (10 fevral) Rusiyanın 9-cu sinif üçün nəzərdə tutulan “Rusiya tarixi. XIX-XX əsrin başlanğıcı” dərs vəsaitində “Rusiya Şərqi Ermənistana doğru çəkildi” qeydində “Şərqi Ermənistan” ifadəsinin silindiyini, əvəzində “İrəvan və Naxçıvan xanlığı” ifadəsi yazıldığını bildirib:

“Rusiya Təhsil Nazirliyi bunu belə izah edir ki, SSRİ dövründə bu ərazilər tarix kitabında “Şərqi Ermənistan” kimi göstərilirdi, lakin müqavilənin mətnində belə ifadə yer almadığı üçün dərsliyə düzəliş edilib. Ermənilər bu izahı qəbul etmək istəmir və düzəlişi özlərinə qarşı “sui-qəsd nəzəriyyəsi” kimi qiymətləndirirlər. İddia edirlər ki, Azərbaycanın İrəvanı tarixi torpağı adlandırması fonunda rusların etdiyi onlar üçün təhlükəli gələcək vəd edir. Rusiyanın tarixi düzəlişi məhz indi – 44 günlük müharibədən sonra etməsi maraqlıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO