ABŞ prezidenti Barak Obama 2 gün sonara İŞİD-lə mübarizəyə dair öz planını açıqlayacaq. Barak Obama bunu NATO-nun Sammitindən qayıtdıqdan sonra Ağ Evdə Amerikanın NBC televiziyasına müsahibəsində deyib.
ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, İŞİD-ə qarşı mübarizədə hər hansı bir plan müəyyən etmədiyi üçün tənqid olunan ABŞ Prezidenti Barak Obama 2 amerikalı jurnalıstin başını kəsməsindən və minlərlə iraqlının öldürməsindən sonra ilk dəfə olaraq ətraflı çıxış edib. O, terror təşkilatı ilə mübarizədə ilk görəcəyi işlərdən birinin qruplaşmanı zəiflətmək və onun ərazilərinin sərhədini daraldaraq məğlub etmək olacağını deyib. İŞİD-dən gələ biləcək təhdidi normal qarşılamaq üçün artıq ölkəsini hazırladığını deyən Obama terror qruplaşmasının mövqelərinə zərbə endirəcəklərini, lakin ABŞ-ın bölgəyə quru qoşunları göndərməyi planlaşdırmadığını da açıqlayıb. Obmanın inkişaf etməkdə olan strategiyası İraqda yeni hökumətin formalaşmasından, eləcə də Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyə kimi ölkələrlə regioanl tərəfdaşlarının fəaliyyətindən və əməkdaşlığından asılıdır.
Obama əminliklə vurğulayıb ki, İŞİD-dən gələn təhlükənin qarşısını alacaq. Lakin terro təşkilatı ilə mübarizə planını sentyabrın 10-da elan edəcək. Çünki ABŞ prezidenti Uelsdə keçirilən NATO sammiti çərçivəsində İŞİD məsələsini müttəfiq ölkələrlə də müzakirə edib. Sammitdə İŞİD-lə bağlı yekun qərarın detallarının da Obama tərəfindən açıqlanacağı gözlənilir.
ABŞ başda olmaqla bu gün Qərb dünyasını Obamanın strategiyasında Suriya ərazisində İŞİD-ə qarşı hərbi əməliyyatların keçirilməsinin yer alıb-almayacağı çox düşündürür. Belə ki, ABŞ Suriya ərazisində İŞİD-ə qarşı hərbi əməliyyatları Bəşər Əsəd rejiminin daha da məhkəmlənəcəyindən ehtiyat etdiyi üçün keçirmədiyini birbaşa və dolayı yolla etiraf edir. ABŞ-ın İŞİD-in mövqelərinə endirdiyi hava zərbələrindən sonra qruplaşma İraqda müdafiə mövqeyinə keçərək Suriyada irəliləməyə üstünlük verməyə başlayıb.
































































































