Rektorun villasında axtarış: 600 minlik qızıl unitazdan istifadə edirmiş... - FOTO

Rektorun villasında axtarış: 600 minlik qızıl unitazdan istifadə edirmiş... - FOTO

Hazırda oxunan: Rektorun villasında axtarış: 600 minlik qızıl unitazdan istifadə edirmiş... - FOTO
52009
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyada Smolensk Dövlət İdman Universitetinin rektoru Georgi Qrets həbs edilib.

Bizim.Media "RİA Novosti"-yə istinadən xəbər verir ki, Federal Təhqiqat Xidməti tərəfindən saxlanılan rektor 1,5 milyon rubl dövlət vəsaitini mənimsəməkdə günahlandırılır.

Onun bağ evində axtarış zamanı bahalı qızıl-zinət, milyonlarla rus rublu, dəbdəbəli əşyalar aşkar edilib. 

Evdə quraşdırılan santexnikanın qızıldan olması isə xüsusi diqqət çəkib.

İstintaqın məlumatına görə, rektor tabeliyində olan işçiləri şəxsi evinin təmirinə cəlb edib və bunun üçün onlara 150 min rubl ödəyib. Bundan başqa, o, universitetin vəsaitindən bağ evində santexnika alınmasına 600 min rubl xərcləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO