
- A-
- A
- A+
Dünya
09:55 / 11.12.2020
1 dəq oxunma
“Time” jurnalı “İlin adamı”nın adını açıqladı
Hazırda oxunan: “Time” jurnalı “İlin adamı”nın adını açıqladı
4924
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Co Bayden və ölkənin 49-cu vitse-prezidenti Kamala Harris “Time” jurnalı tərəfindən "İlin adamı” elan edilib.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, Baydendən başqa nəşrin siyahısında hazırkı prezident Donald Tramp, tibb işçiləri ilə birlikdə ABŞ-ın baş infeksionisti Entoni Fauçi və afroamerikalı Corc Floydin polis tərəfindən öldürülməsindən sonra ABŞ-da fəallığı ilə seçilən İrqi Ədalət Hərəkatı da yer alıb.
Yeni titulun sahiblərini müğənni Bryus Sprinqstin təqdim edib. Bununla bağlı nəşrin tvitter hesabında video təqdim edilib.
Qeyd edək ki, 2019-cu ildə “İlin adamı” adına isveçli 16 yaşlı eko fəal Qreta Tunberq layiq görülmüşdü.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































