Hücum anı təhlükəsizlik kamerasına düşüb.
Hadisə gündüz saatlarında hər kəsin gözü qarşısında baş verib. Təpik, sillələrlə azərbaycanlını vəhşicəsinə döyənlər daha sonra hadisə yerindən qaçıblar. Ətrafdakılar baş verənləri soyuqqanlıqla izləyiblər.
Xəstəxanaya çatdılan şəxsi isə xilas etmək mümkün olmayıb.
Faktla bağlı 3 nəfər saxlanılıb. Digər 3 skinhedin saxlanması üçün əməliyyat başlayıb.
Polisin məlumatına görə, hücumcular narkotik satanlarla mübarizə aparan qanunsuz qruplaşmanın üzvü olublar. Onlar azərbaycanlı kişinin də narkotik maddə satdığını düşündükləri üçün ona hücum ediblər.





































































































