"Ölkə xarici müdaxilədən əziyyət çəkir" - Liviyanın xarici işlər naziri

Hazırda oxunan: "Ölkə xarici müdaxilədən əziyyət çəkir" - Liviyanın xarici işlər naziri

47043

"Liviya parçalanma və qütbləşmə vəziyyətində yaşayır, xaos və xarici müdaxilələrdən əziyyət çəkir.

Bizim.Media xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Nəclə Manquş Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi "Manama Dialoqu" konfransında çıxışında deyib.
 

"Ölkəmizin işlərinə çoxtərəfli müdaxilədən əziyyət çəkirik ki, bu da qeyri-sabitliyə səbəb olur. Mövcud şərait həm onun daxilində, həm də regionda təhlükəsizliyə xələl gətirir. Bütün Liviyalıları təmsil etməyən liderləri seçsək, bu, parçalanmanı daha da dərinləşdirəcək". Report Manquşun dediklərindən sitat gətirib. 


Qeyd edək ki, Liviyada bir neçə ildir ki, paralel olaraq iki icraedici orqan mövcud olub: Tripolidə Faiz Sərrac Milli Razılıq Hökuməti və şərqdə parlament və Xəlifə Haftarın Liviya Milli Ordusu tərəfindən dəstəklədiyi müvəqqəti kabinet. 2019-cu ilin aprelində tərəflər arasında qarşıdurma Türkiyənin müdaxiləsindən sonra aradan qalxıb.

Fevral ayında İsveçrədə keçirilən Liviya Siyasi Dialoq Forumu Milli Birlik Hökumətinin yeni baş naziri Abdel Həmid Dbeibanı və Prezident Şurasının üç üzvünü seçib.

Hər iki şəxs Tripolidə müxtəlif güc strukturlarını birləşdirmək, həmçinin dekabrın 24-də prezident və parlament seçkilərini keçirmək məqsədi ilə vəzifələrinin icrasına başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO