Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Çin Rusiyanı Krımla birləşdirən körpü tikintisini reallaşdırmaq planından vaz keçib.
RF prezidenti Vladimir Putinin Pekinə rəsmi səfəri zamanı Çinin Kerç boğazında Rusiya ilə Krımı birləşdirən körpünün tikintisi nəzədə tutan sənədin imzalanması planlaşdırılsa da, sonda bu sənəd imzalanacaq sənədələr sırasından çıxarılıb.
Putinin Pekinə səfərinədək Krımla Rusiyanı biləşdirən körpünün layihəsini Çinin “China İnternational Fund Ltd” (CİF) şirkəti maliyyələşdirməli, tikintisi isə China Railway Construction Corporation (CRCC) dövlət şirkəti tərəfindən reallaşdırılmalı idi.
Mətbuatın yazdığına görə, amma Rusiyanın Krımı işğal etməsindən sonra Çin bu layihəni icra etməkdən imtina edib.
Baxmayaraq ki, bunadək Çin şirkətləri bu layihəni icra etməyə ciddi maraq göstərirdilər.
Hətta Çin şirkətləri Krımda yeni liman tikintisini də planlaşdırırdılar . Bu məqsədlə 2013-cü ildə Çinlə Ukrayna arasında memorandumda imzalanmışdı.
































































































