ATƏT-in Minsk Qrupundan Azərbaycanın erməni hərbçisini azad etməsinə REAKSİYA

ATƏT-in Minsk Qrupundan Azərbaycanın erməni hərbçisini azad etməsinə REAKSİYA

Hazırda oxunan: ATƏT-in Minsk Qrupundan Azərbaycanın erməni hərbçisini azad etməsinə REAKSİYA
40795
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə həmsədrlərin yaydığı bəyanatda deyilir.

Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev son günlər Azərbaycan və Ermənistan arasında razılaşmalara dair bəyanat yayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqından Azərbaycana sərhədlə bağlı TƏKLİF 


Bəyanatda bildirilir ki, həmsədrlər 7 və 8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qilles Karbonnierlə məsləhətləşmələr aparıblar. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

BMT Baş Assambleyasının iclası gedişində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son konstruktiv görüşə diqqət çəkən həmsədrlər Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıblar.

Həmçinin mümkün deeskalasiya və məhbuslar, itkin düşmüş şəxslər, eləcə də bütün köçkünlərin könüllü olaraq geri qaytarılması istiqamətində humanitar tədbirlər müzakirə edilib.

Həmsədrlər razılaşma sahələrini tapmaq üçün tərəflərlə işləməyə davam etmək niyyətlərini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO