İraqda şənbə günü baş verən terror aktları nəticəsində 73 nəfər ölüb.
Moderator.az -ın “Frans Press”ə istinadən verdiyi məlumata görə, ən çox tələfat Bağdadın şimalında qeydə alınıb. Partlayış nəticəsində 49 nəfər ölüb, 75 adam xəsarət alıb.
Bundan başqa, Mosul yaxınlığında naməlum şəxslər iki televiziya əməkdaşını güllələyiblər.
Ölkənin şimalındakı partlayış zamanı daha 12 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
Nəhayət, axşam baş verən partlayışla 10 nəfərin həyatına son qoyub.






























































































