Venesuela Prezidenti paytaxtın mərkəzində velosipeddən yıxılıb

Venesuela Prezidenti paytaxtın mərkəzində velosipeddən yıxılıb

Hazırda oxunan: Venesuela Prezidenti paytaxtın mərkəzində velosipeddən yıxılıb

34297

Venesuela Prezidenti Nikolas Maduro bazar günü paytaxtın mərkəzində keçirilən kütləvi idman tədbiri zamanı velosipeddən yıxılıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS agentliyi Venesuela televiziyasına istinadən xəbər verib.

Maduro bur əli ilə sükanı tutub, digər əli iləsə yoldan keçənləri salamlayaraq velosipedçilər dəstəsinin başında gedirmiş. Bir anlığa o, çox ehtimal ki, idarəetməni itirərək asfalta yıxılır. Bu zaman onun ardınca hər tərəfdən onu əhatə etmiş velosipedçilər yıxılmağa başlayırlar. Qarışıqlıq yaranır, amma ciddi xəsarət alanlar barədə məlumat verilmir. Həmçinin dövlət başçısının da insident zamanı heç bir xəsarət almadığı bildirilir.

Prezident velosipeddən yıxılmasına yumorla yanaşıb. O, telekanala müsahibəsində bildirib: "Biz Lekunı prospekti ilə gedirdik. Mənim diqqətim yayındı və sükanı buraxdım. Biz hamımız yıxıldıq, amma dərhal qalxdıq, gülməkdən ölürdük".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO