Tokio Paralimpiya Oyunları ilə bağlı YENİ QƏRAR

Tokio Paralimpiya Oyunları ilə bağlı YENİ QƏRAR

Hazırda oxunan: Tokio Paralimpiya Oyunları ilə bağlı YENİ QƏRAR
33018
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtı Tokio şəhərində XVI Paralimpiya Oyunları tamaşaçılarsız keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə qərar Paralimpiya Oyunlarının təşkilat komitəsi, Tokio paytaxt administrasiyası, Yaponiya hökuməti və Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qəbul edilib.

İclas iştirakçıları Oyunların başlamasına səkkiz gün qalmış Paralimpiya yarışlarına ictimaiyyətin nümayəndələrinin qatılmasına icazə verilməsi məsələsini müzakirə ediblər. Xatırladaq ki, bu, bir neçə gün əvvəl başa çatmış Olimpiya Oyunlarının əksəriyyətinin tamaşaçılarsız keçirilməsindən sonra baş verib.

Qeyd edək ki, Paralimpiya Oyunlarının Yaponiyanın dörd prefekturasında təşkili planlaşdırılır.

Bunlardan üçündə -Tokio, Saytama və Çiba prefekturalarında koronovirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Şizuoka prefekturasında isə bu vəziyyətin tətbiqi barədə qərarın cümə günündən qüvvəyə minəcəyi gözlənilir.

Bununla yanaşı, qəbul edilən qərara əsasən, xüsusi sosial proqram çərçivəsində həmin prefekturalarda məktəblilərin bəzi yarışları izləməsinə şərait yaradılacaq. Bu zaman yoluxmanın yayılmasının qarşısını almaq üçün ən sərt tədbirlər görüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO