Koronavirusun “Super” ŞTAMMI: 3 nəfərdən biri öləcək! 

Hazırda oxunan: Koronavirusun “Super” ŞTAMMI: 3 nəfərdən biri öləcək! 

30894

İngiltərəli alimlər koronavirusun yaxın gələcəkdə hansı variantlarının ortaya çıxa biləcəyi ilə bağlı araşdırmalar aparmağa davam edirlər.

Bizim.Media xəbər verir ki, İngiltərə Fövqəladə Vəziyyətlərdə Elmi Araşdırmalar Qrupunun alimləri “Covid-19”un daha hansı variantlarının ortaya çıxa biləcəyini müəyyən ediblər. 

Tədqiqatların nəticəsində koronavirusun yeni “Super” ştammının yarana biləcəyinin mümkünlüyü qənaətinə gəlinib.

Belə ki, sözügedən variant, bir neçə ştammın əlamətlərini özündə birləşdirəcək. Nəticədə virusun “Super” variantının “Donuz” qripi qədər ölümcül ola biləcəyi bildirilir.

Əgər sözügedən kabus ssenarisi baş verərsə, virusa yoluxan şəxslərin təqribən 35%-i həyatını itirəcək.

Araşdırmanın nəticələrinə görə, qeyd olunan varianta qarşı vaksinlərin heç bir müdafiə potensialı qalmayacaq.

Ən optimist ssenariyə görə isə, uzunmüddətli dövrdə koronavirusun təkamül nəticəsində  qrip, soyuqdəymə kimi xəstəliklərə bənzər formaya düşməsi mümkündür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO