Koronavirus xəstəliyi keçirənlərin zehni kütləşir? – Həkimlər həyacan təbili çalır

Hazırda oxunan: Koronavirus xəstəliyi keçirənlərin zehni kütləşir? – Həkimlər həyacan təbili çalır

29946

Kembric Universitetindən bir qrup elm adamı, COVID-19 xəstəliyi keçirən insanların əqli səviyyələrində geriləmə olduğunu aşkarlayıb.

Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, məqalə “The Lancet” elmi jurnalında dərc edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha neçə nəfər koronavirusa yoluxub? – STATİSTİKA


Təcrübədə iştirak edən  81,337 nəfərdən 12,689-u müxtəlif dərəcədə COVID-19 xəstəsi olub.

Respondetlərə idrak səviyyəsini ölçməyə yönəlmiş bir sıra testləri həll etmək tapşırılıb. Xəstəliyi yüngül formada keçirənlər də daxil olmaqla, koronavirusa yoluxanların əksəriyyəti,  tapşırıqları yerinə yetirməkdə çətinlik çəkiblər. 

İştirakçıların beyin fəaliyyətinin  pozulması səviyyəsinə görə birbaşa xəstəliyin şiddətindən asılı olduğu ortaya çıxıb. Təcrübədən bəlli olub ki, süni nəfəs aparatına bağlanan xəstələrin  IQ səviyyəsi yeddi pillə aşağı enib.

Bu cür səviyyə hətta insult keçirən xəstələrdə belə müşahidə olunmayıb.

Xatırladaq ki, koronavirusun xarakterik əlamətlərindən biri də qoxu və dad itkisidir ki, buda mərkəzi sinir sisteminin işindəki pozğunluqlarla əlaqəlidir. Çünki koronavirus beyindəki qoxu verən neyronlara zərər verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO