Ukrayna Ali Radasının sabiq spikeri QƏTLƏ YETİRİLDİ - FOTO/VİDEO

Ukrayna Ali Radasının sabiq spikeri QƏTLƏ YETİRİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: Ukrayna Ali Radasının sabiq spikeri QƏTLƏ YETİRİLDİ - FOTO/VİDEO
267809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lvovda Ukraynanın Ali Radasının sabiq sədri və keçmiş Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
 

Belə ki, Ukrayna polisinə günorta saatlarında Lvovun Sıxov rayonunda atışma ilə bağlı məlumat daxil olub. Aldığı güllə yaralarından Parubiy hadisə yerində ölüb. Atəş açan şəxs qaçaraq gizlənib və hazırda axtarışdadır. Polis bildirir ki, cinayətkar kuryer geyimində olub.


Qeyd edək ki, 54 yaşlı Parubiy 2004-cü ildə “narıncı inqilab”da iştirak edib. O, 2013-cü ilin noyabrından 2014-cü ilin fevralınadək Maydan etirazlarının özünümüdafiə dəstələrinə rəhbərlik edib. 2014-cü ildə siyasətçiyə qarşı sui-qəsd cəhdi də olub. Həmin vaxt Maydanın özünümüdafiə üzvləri ilə görüş zamanı onun üstünə qumbara atılmışdı.


Ukrayna Ali Radasının sabiq spikeri QƏTLƏ YETİRİLDİ - FOTO/VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO