Bu ölkə “Kalaşnikov”dan İMTİNA EDİR

Bu ölkə “Kalaşnikov”dan İMTİNA EDİR

Hazırda oxunan: Bu ölkə “Kalaşnikov”dan İMTİNA EDİR
267585
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Finlandiya Silahlı Qüvvələri hazırkı “Kalaşnikov” avtomatlarından imtina edərək, Qərb standartlarına daha çox uyğun gələn müasir odlu silahlara keçməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, Finlandiyanın SAKO silah istehsalçısı ordunun silahlanmasına daxil edilməsi planlaşdırılan “Sako ARG” avtomat tüfənginin bir neçə modelini təqdim edib.

Finlandiya əsgərləri indiyədək əsasən sovet “Kalaşnikov” avtomatı (AK-47) əsasında hazırlanmış “RK 62” avtomatından, eləcə də bir qədər modernləşdirilmiş “RK 95” avtomatından istifadə ediblər.

Finlandiyanın “Yle” ictimai kanalı xəbər verir ki, yeni “Sako ARG” hücum tüfəngləri Finlandiya və İsveç orduları ilə birgə hazırlanıb. Onlar Arktika şəraitində istifadə üçün xüsusilə uyğun olacaq.
 

Bu qərar həm də simvolik əhəmiyyət kəsb edəcək, çünki 7,62 mm kalibrli odlu silahlar əsasən Şərqi Avropada istehsal və istifadə olunur, 5,56 mm kalibrli odlu silahlar isə daha çox NATO ölkələrində istifadə olunur.


Finlandiya 2023-cü ilin aprelində NATO-ya üzv olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO