Rusiyada 3 tələbə bu rəqslərinə görə universitetdən qovulub - Video

Rusiyada 3 tələbə bu rəqslərinə görə universitetdən qovulub - Video

Hazırda oxunan: Rusiyada 3 tələbə bu rəqslərinə görə universitetdən qovulub - Video
265990
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskvada Stroqanov adına İncəsənət Universitetinin üç birinci kurs tələbəsi “TikTok”da paylaşdıqları video səbəbindən təhsil müəssisəsindən uzaqlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Qroza” nəşri məlumat yayıb.

Belə ki, iyunun əvvəlində qızların Moskva şəhərində Xristos Xilaskar Məbədinin fonunda rəqs etməsi böyük narazılığa səbəb olub. Pravoslav fəallar qızların rəqsini pravoslav xristianların dini hisslərini təhqir edən hərəkət kimi qiymətləndiriblər.

Bundan sonra qızların əməli Universitet Şurasında müzakirəyə çıxarılıb və onların ali təhsil müəssisəsindən xaric olunmasına qərar verilib.

Üstəlik qızlar barəsində “Cinayət Məcəlləsinin 148-ci maddəsi (“dini hisslərin təhqiri”) ilə 11 ay islah işləri cəzası verilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO