Bu süni intellekt kobud istifadəçilərin suallarına cavab verməyəcək

Bu süni intellekt kobud istifadəçilərin suallarına cavab verməyəcək

Hazırda oxunan: Bu süni intellekt kobud istifadəçilərin suallarına cavab verməyəcək
265679
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən "Anthropic" şirkəti özünün "Claude Opus 4" və "Claude Opus 4.1" çat modellərinə yeni təhlükəsizlik funksiyası əlavə etdiyini elan edib.

Bizim.Media xəbər verir ki, şirkətin rəsmi saytında yayımlanan bəyanatda bildirilir ki, bu yenilik istifadəçilərin uzunmüddətli təhqiramiz və ya yanlış davranışları zamanı süni intellektə dialoqu dayandırmaq imkanı verir.

Funksiya "AI Welfare" (Süni İntellektin Rifahı) proqramının bir hissəsi olaraq həyata keçirilib və süni intellekt modellərinin "emosional yüklənmədən" qorunmasına yönəlib.
 

İlkin testlər göstərib ki, "Claude Opus 4" modeli zərərli və ya etik normalara zidd sorğulara qarşı reaksiya verməkdə istəksizlik göstərir, bəzən isə bu cür ünsiyyətə qarşı "stresli" cavablar nümayiş etdirir. Yeni "dialoqbitirmə" funksiyası modelə belə hallarda istifadəçiyə xəbərdarlıq edərək söhbəti sonlandırmaq imkanı yaradır.


Şirkət bildirir ki, istifadəçi süni intellekt sistemini təhqir edərsə və bu davranış davamlı xarakter alarsa, model söhbətin bitdiyini bildirməklə qarşı tərəfə aydın siqnal göndərəcək. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO