Avropa İttifaqının ali nümayəndəsi: Rusiyanın müharibəni tezliklə bitirmək niyyəti yoxdur

Avropa İttifaqının ali nümayəndəsi: Rusiyanın müharibəni tezliklə bitirmək niyyəti yoxdur

Hazırda oxunan: Avropa İttifaqının ali nümayəndəsi: Rusiyanın müharibəni tezliklə bitirmək niyyəti yoxdur
265611
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın müharibəni tezliklə bitirmək niyyətində olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, Kallas Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilən görüşünün yekunlarına dair qənaətlərini “X” sosial şəbəkəsində paylaşıb.

"Prezident Trampın sülh razılaşmasına nail olmaq əzmi son dərəcə vacibdir. Aİ və bizim avropalı tərəfdaşlarımız Alyaskadakı görüşdən əvvəl ABŞ Prezidenti ilə koordinasiya üzərində işləyirdilər. Bununla belə, sərt reallıq ondan ibarətdir ki, Rusiyanın bu müharibəni tezliklə bitirmək niyyəti yoxdur", - o yazıb.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin danışıqları uzatmaqda davam edir və bundan qurtulacağına ümid edir: “O, qətlləri dayandırmaq üçün heç bir öhdəlik götürmədən Ankoricdən ayrılıb”.

Kallas həmçinin qeyd edib ki, ABŞ Rusiyanı ciddi danışıqlara məcbur etmək gücünə malikdir və Aİ Rusiyanın hərəkətlərinin uğur qazanmaması və istənilən sülhün davamlı olması üçün Ukrayna və ABŞ ilə əməkdaşlıq edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO