Rusiya ordusu Popov Yar kəndini işğal etdi

Rusiya ordusu Popov Yar kəndini işğal etdi

Hazırda oxunan: Rusiya ordusu Popov Yar kəndini işğal etdi
265552
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya qoşunları Ukrayna bölmələrini geri çəkilməyə məcbur edərək Dobropol istiqamətində Popov Yarı və Seversk istiqamətində İvano-Daryevkanı ələ keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Dnepr” qoşunlarının operativ-strateji qruplaşmasının məlumatına istinadən Hromadske TV xəbər yayıb.

Məlumata görə, Ukrayna bölmələri Dobropol istiqamətində geri çəkilib, nəticədə Rusiya Silahlı Qüvvələri Popov Yar kəndini işğal edib. Rusiya ordusu Novıy Şaxovo ərazisində nəzarəti genişləndirməyə çalışır və İvanovka istiqamətində hücumu gücləndirib. Hazırda həmin bölgədə döyüşlər davam edir.

Seversk istiqamətində Rusiya bölmələri Qriqorovka, Pereezdnoye, Fedorovka və Serebryanka ərazilərində uğursuz hücum cəhdləri həyata keçirib, lakin İvano-Daryevkanı ələ keçirməyə nail olub.

Pokrovsk istiqamətində isə düşmən Pokrovsk–Mirnoqrad aqqlomerasiyasını blokadaya almağa çalışır. Son sutka ərzində Rodinskoye, Mirolubovka, Pokrovsk, Novoekonomicheskoye, Novoukrainka və Zverevo ərazilərində hücumlar qeydə alınıb. Bundan başqa, Donetsk vilayətinin inzibati sərhədinə çıxmaq məqsədilə düşmən Udaçnoye və Dacnoye istiqamətlərində də hücuma keçib.

“Dnepr” qruplaşmasında vurğulanıb ki, Ukrayna Müdafiə Qüvvələri təzyiqi dəf edir və düşməni məhv edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO