Hindistanın Rusiyaya görə BAŞI BƏLADA: Trampdan sərt addım – FOTO

Hindistanın Rusiyaya görə BAŞI BƏLADA: Trampdan sərt addım – FOTO

Hazırda oxunan: Hindistanın Rusiyaya görə BAŞI BƏLADA: Trampdan sərt addım – FOTO
262502
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı 25 faiz gömrük rüsumu tətbiq edəcəyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Onun sözlərinə görə, bu qərarın əsas səbəblərindən biri Hindistanın Rusiya ilə geniş ticarət əlaqələrini davam etdirməsidir.
 

Tramp bildirib ki, Hindistan ABŞ-ın dostu olsa da, bu ölkə ilə ticarət həcmi illər ərzində yetərincə inkişaf etməyib. Səbəb isə Hindistanın çox yüksək – dünyanın ən yüksək tariflərindən sayılan – gömrük rüsumları və ciddi qeyri-tarif ticarət baryerləri tətbiq etməsidir:


“Hindistan bütün ölkələr arasında ən sərt və xoşagəlməz qeyri-tarif ticarət maneələrinə malikdir”.

O, əlavə edib ki, Hindistan illərdir hərbi texnikanın böyük hissəsini Rusiyadan alır və enerji sahəsində də Çinlə birlikdə Rusiyanın əsas alıcılarından biridir:
 

“Halbuki dünya istəyir ki, Rusiya Ukraynadakı qırğınları dayandırsın. Amma Hindistan bu fonda Rusiyadan alış-verişi davam etdirir. Bu, pis haldır”.


Bu səbəbdən Tramp elan edib ki, Hindistana 1 avqustdan etibarən 25%-lik tarif tətbiq ediləcək və bu ölkəyə yuxarıda sadalanan səbəblərlə əlaqədar sanksiya (cəza) da veriləcək.

Bu bəyanat Trampın Truth Social sosial platformasında paylaşdığı açıqlama vasitəsilə yayılıb.

Hindistanın Rusiyaya görə BAŞI BƏLADA: Trampdan sərt addım – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO