Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı

Hazırda oxunan: Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı
261870
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbulda davam edən “IDEF 2025” sərgisi çərçivəsində Türkiyə ilə İndoneziya arasında 48 ədəd KAAN döyüş təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb.

Bizim.Media xəbər verir ki, müqaviləni Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri Haluk Görgün, Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) İdarə Heyətinin sədri Ömər Cihad Vardan və İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin imzalayıb.

Mərasimdə çıxış edən Haluk Görgün bu razılaşmanın Türkiyənin Cümhuriyyət tarixində müdafiə sənayesi sahəsində bağlanmış ən böyük ixracat müqaviləsi olduğunu bildirib.
 

Ölkəsinin müdafiə sənayesində yerli istehsal payının 83 faizə yüksəldiyini vurğulayan Görgün həyata keçirdikləri layihələr, hazırlanan sursatlar və digər sistemlərlə bağlı bir çox rekorda imza atdıqlarını, bir çox ölkə ilə müqavilələr bağladıqlarını bildirib.


Qeyd edək ki, media müqavilənin dəyərinin 10 milyard dollar olduğunu yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO