Odessa sakinlərini təkcə Rusiya qoşunları deyil, ilanlar da qorxuya salıb – TƏFƏRRÜAT

Odessa sakinlərini təkcə Rusiya qoşunları deyil, ilanlar da qorxuya salıb – TƏFƏRRÜAT

Hazırda oxunan: Odessa sakinlərini təkcə Rusiya qoşunları deyil, ilanlar da qorxuya salıb – TƏFƏRRÜAT
258574
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Odessa vilayətinin sakinləri bu günlərdə təkcə Rusiya qoşunlarının təhdidi ilə deyil, həm də ilanlarla qarşı-qarşıya qalıb. Amma sakinlərə bildirilib ki, bu ilanlar təhlükəli deyil, sadəcə qorxulu görünüş yaradırlar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Səhiyyə Nazirliyi yayıb.

Qurum 2025-ci ilin mayında ölkədə ilanların fəallıq mövsümünün başladığı haqda xəbərdarlıq etmişdi.

Ukrayna Herpetologiya Cəmiyyətinin prezidenti, biologiya elmləri namizədi Aleksandr Zinenko izah edib ki, Odessa vilayətində rast gəlinən “Pallas ilanı” (sarmat ilanı) zəhərsizdir və kiçik ölçülüdür, adətən dişləmir, dişləsə belə bu heç bir təhlükə yaratmır.
 

Zinenko bildirib ki, bu ilan növü effektli qorxutma taktikası ilə tanınır: yüksək səs çıxarır, bədənini şişirdir və insanın üzərinə atılmaq kimi saxta hücumlar edir. 


Amma daha aqressiv poloz növləri də var. Sarmat ilanı ağaclara dırmaşır, quş balaları, kərtənkələ və gəmiricilərlə qidalanır.

Zinenkonun sözlərinə görə, Pallas ilanı nisbətən nadir növdür, Ukraynanın Qırmızı Kitabına daxil edilib və qanunla qorunur.

Zinenko əlavə edib ki, bu ilan növü hazırda əsasən Ukraynanın cənub vilayətlərində – Dnepropetrovsk, Zaporojye, Xerson, Nikolayev və Odessa bölgələrində yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO