Şavkat Mirziyoyev qızını yüksək vəzifəyə TƏYİN ETDİ – FOTO

Şavkat Mirziyoyev qızını yüksək vəzifəyə TƏYİN ETDİ – FOTO

Hazırda oxunan: Şavkat Mirziyoyev qızını yüksək vəzifəyə TƏYİN ETDİ – FOTO
256438
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev böyük qızı Səidə Mirziyoyevanı yeni vəzifəyə təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədov məlumat verib.

Məlumata görə, Şavkat Mirziyoyev prezident administrasiyasının rəhbəri vəzifəsini bərpa edib və bu vəzifəyə Səidə Mirziyoyevanı təyin edib.

Qeyd edək ki, Özbəkistan prezident administrasiyasının rəhbəri vəzifəsi 2023-cü ilin avqustunda Şavkat Mirziyoyevin fərmanı ilə ləğv edilmişdi.

Səidə Mirziyoyeva 2023-cü ilin avqustundan Özbəkistan prezidentinin köməkçisi vəzifəsini tutub. Bundan əvvəl o, 2022-ci ilin noyabr ayından başlayaraq Özbəkistan prezident administrasiyasının icra aparatında rabitə və informasiya siyasəti sektoruna rəhbərlik edib.

Şavkat Mirziyoyev qızını yüksək vəzifəyə TƏYİN ETDİ – FOTO - foto 1
Şavkat Mirziyoyev qızını yüksək vəzifəyə TƏYİN ETDİ – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO