Əraqçi ABŞ və İsrailin hücumlarını Putinlə müzakirə edəcək

Əraqçi ABŞ və İsrailin hücumlarını Putinlə müzakirə edəcək

Hazırda oxunan: Əraqçi ABŞ və İsrailin hücumlarını Putinlə müzakirə edəcək
256117
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranın xarici işlər naziri Abbas Əraqçi bu gün rəsmi səfərlə Moskvaya gəlib.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, səfərin əsas məqsədi ABŞ və İsrailin son günlərdə İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı yaranmış gərginliyi Rusiya tərəfi ilə müzakirə etməkdir. Bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.

Əraqçinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşəcəyi və regional təhlükəsizlik, eləcə də Tehranın strateji maraqları baxımından Moskvanın dəstəyinə ümid etdiyi bildirilir.

Xatırladaq ki, son həftələr ərzində İranın müxtəlif bölgələrində – xüsusilə də hərbi və nüvə obyektləri yaxınlığında – bir neçə partlayış və hava hücumu qeydə alınıb. Tehran bu hücumların arxasında İsrail və ABŞ-ın dayandığını bildirir və cavab tədbirlərinin mümkünlüyü ilə hədələyir.

Ekspertlərə görə, İran-Rusiya əlaqələrinin dərinləşməsi və iki ölkənin Qərbə qarşı koordinasiyalı davranışı regionda yeni bir gərginliyin xəbərçisidir. Ehtimal olunur ki, Əraqçi bu səfər zamanı həm də İranın Şanxay Əməkdaşlıq Təşkilatındakı rolu, enerji əməkdaşlığı və müdafiə sənayesində birgə təşəbbüsləri müzakirə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO