Hakan Fidan İsrail-İran münaqişəsindən DANIŞDI: “Diplomatiya müharibənin tək alternatividir”

Hakan Fidan İsrail-İran münaqişəsindən DANIŞDI: “Diplomatiya müharibənin tək alternatividir”

Hazırda oxunan: Hakan Fidan İsrail-İran münaqişəsindən DANIŞDI: “Diplomatiya müharibənin tək alternatividir”
254638
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsraillə İran arasında artan gərginliklə bağlı Türkiyənin diplomatik və təhlükəsizlik qüvvələrinin rəhbərlərinin birgə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın iştirak edib.

Görüş zamanı iki ölkə arasındakı gərginliyin mümkün nəticələri müzakirə edilib.

İclasın yekunları barədə Hakan Fidan rəsmi “X” hesabında məlumat yayıb.

O qeyd edib ki, ölkənin aidiyyəti qurumları dövlət başçısının tapşırıqları əsasında Türkiyəni maraqlandıra biləcək ehtimal ssenarilərə uyğun olaraq bütün zəruri tədbirləri görür:

“ABŞ Prezidenti Donald Trampın nüvə danışıqlarına dair başladığı prosesin davam etdirilməsi nüvə mübahisəsinin doğurduğu qarşıdurmanın aradan qaldırılması üçün yeganə yoldur. Diplomatiya müharibənin tək alternatividir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO