5 yaşlı uşağın 15 səhifəlik tərcümeyi-halı mübahisə yaratdı - MARAQLI

5 yaşlı uşağın 15 səhifəlik tərcümeyi-halı mübahisə yaratdı - MARAQLI

Hazırda oxunan: 5 yaşlı uşağın 15 səhifəlik tərcümeyi-halı mübahisə yaratdı - MARAQLI

245989
Çində 5 yaşlı uşaq üçün hazırlanan 15 səhifəlik tərcümeyi-hal mübahisələrə səbəb olub. Tərcümeyi-halda kiçik uşağın 10 min kitab oxuduğu və həftədə ingilis dilində 3 inşa yazdığı iddia edilib.

Moderator.az xəbər verir ki, tərcümeyi-hal sosial mediada virus halına gələrək uşaqların bu qədər erkən yaşda gərgin rəqabətin içində olmasının nə dərəcədə doğru olduğu məsələsini müzakirəyə çıxarıb.
xa0
15 səhifəlik tərcümeyi-halda 5 yaşlı uşağın özünə güvənən bir fərd olduğu ifadə edilib və çox fərqli sahələrdə zəngin təcrübəsinin olduğu vurğulanıb. Tərcümeyi-halda həmçinin uşağın çox sayda xobbisi olduğu vurğulanaraq fortepiano çaldığı, rəqs etdiyi, futbol oynadığı və şahmata bənzər bir strategiya oyununu çox uğurla oynadığı qeyd edilib.

Qeyd edək ki, Çinin populyar sosial media platforması “Weibo”da paylaşılan tərcümeyi-hal minlərlə insan tərəfindən paylaşılıb.

Kamran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO