“Avropa ölkələrinə daha çox ümidim var” - Zelenski

“Avropa ölkələrinə daha çox ümidim var” - Zelenski

Hazırda oxunan: “Avropa ölkələrinə daha çox ümidim var” - Zelenski
241134
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ordunun maliyyələşdirilməsini təmin etmək üçün artıq maliyyə resursları yoxdur. 

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Time” jurnalına müsahibəsində bildirib.
 

O qeyd edib ki, buna görə Ukrayna ordusu Qərb dövlətləri, ilk növbədə, Avropa ölkələri tərəfindən maliyyələşdirilməlidir.


"Hazırda problem budur, çünki ordumuz heç vaxt indiki qədər böyük olmayıb. Ordu üç dəfə böyüdükdə əlavə maliyyə vəsaiti lazım olur. Ukrayna büdcəsi onu həyata keçirmək üçün kifayət deyil”, - prezident Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, Avropanın Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirə biləcəyi ayrıca proqramlar yaratmaq lazımdır.

“Həm Avropa, həm də Amerika maliyyə ayırsa, ideal olardı, lakin indiki şəraitdə mənim Avropa ölkələrinə daha çox ümidim var”, - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO