Rusiyada saxlanılan azərbaycanlı vəkil məhkəmədə polislə dalaşdı, həbs müddəti uzadıldı

Rusiyada saxlanılan azərbaycanlı vəkil məhkəmədə polislə dalaşdı, həbs müddəti uzadıldı

Hazırda oxunan: Rusiyada saxlanılan azərbaycanlı vəkil məhkəmədə polislə dalaşdı, həbs müddəti uzadıldı
239017
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dələduzluqda ittiham olunan azərbaycanəsilli keçmiş vəkil Elman Paşayev məhkəmədə konvoy əməkdaşı ilə mübahisə edib.

Bizim.Media xəbər verir ki, konvoyun polis əməkdaşı keçmiş vəkili məhkəmə zalındakı barmaqlıqlara qədər müşayiət edəndə onlar arasında mübahisə düşüb.

E.Paşayev qohumlarını salamlamaq qərarına gəlib və yerin az olması səbəbindən sözügedən polisi itələyib.

Konvoy əməkdaşı müttəhimi bu cür davranışın nəticələrinin olacağı barədə xəbərdarlıq edib.
 

Əvəzində E.Paşayev taleyini qulluq göstərən polisin deyil, hakimin və müstəntiqin həll edəcəklərini deyərək ədəbsiz sözlər işlədib.


Tərəflər arasında sözlü atışma hakimin məhkəmə salonuna gəlməsinə qədər davam edib. Məhkəmə "marafon kraliçası" Yelena Blinovskayanın əri Alekseyə qarşı dələduzluqda ittiham olunan E.Paşayevin həbs müddətinin mayın 15-dək uzadılması barədə qərar qəbul edib.

Xatırladaq ki, E.Paşayev 2024-cü ilin yazında dələduzluqda ittiham olunaraq həbs edilib.

İstintaqın məlumatına görə, o, pul müqabilində A.Blinovskiyə və onun həyat yoldaşı - bloqer Yelena Blinovskayaya vergi ödəməmə ilə bağlı cinayət məsuliyyətindən azad olunmağı vəd edib. Bundan sonra o, aldadılmış ərdən ən azı 18.5 milyon rubl (təqribən 305 500 manat - red.) və 300 min dollar alıb. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO