Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib - FOTO

Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib - FOTO

Hazırda oxunan: Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib - FOTO
237157
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünən Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə qalmaqallı görüşdən sonra ABŞ Prezidenti Donald Trampı dəstəkləyib.

Bizim.Media xəbər verir ki, o, bununla bağlı X hesabında paylaşım edib.

“Dünən müharibə partiyası ilə sülh partiyası arasında bir daha aydın xətt çəkildi. Mən Tramp və Zelenski arasındakı sözlü mübahisəni yox, ona verilən reaksiyaları nəzərdə tuturam. Prezident Tramp və onun sülh səyləri qanlı müharibəyə səbəbkar olan və minlərlə ukraynalının həyatını itirməsinə görə məsuliyyət daşıyan insanlar tərəfindən pislənildi”, - Kobaxidze yazıb.

O bildirib ki, “qlobal müharibə partiyası” və “dərin dövlət” Ukraynadakı müharibədən asanlıqla əl çəkən deyil.

“Üç ildir dediyimiz bir daha sübut olundu - ABŞ və “qlobal müharibə partiyası” iki fərqli tərəfdir. Rəqiblərimiz bütün bu illər ərzində onları bərabərləşdirməyə, eyniləşdirməyə çalışırdılar. Müharibə partiyası ilə sülhməramlı qüvvələr arasında mübarizə həlledici mərhələyə qədəm qoyur. Ümid edək ki, bu döyüş sülhün qələbəsi ilə başa çatacaq”, - siyasətçi yazıb və bu çətin mübarizədə Donald Trampa səbr və cəsarət arzulayıb.

Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib - FOTO - foto 1
Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO