Tacikistan prezidenti Emomali Rahmon özbəkistanlı həmkarı Şövkat Mirziyaevin dəvəti ilə 17 il sonra Özbəkistana səfər edib.
İki gün davam edəcək rəsmi səfər zamanı ölkə liderləri strateji əməkdaşlıq da daxil olmaqla bir sıra vacib sənədlər imzalayacaqlar.xa0
Emomali Rahmon Səmərqənd şəhərini də ziyarət edəcək. Qeyd edilir ki, hazırda Özbəkistanda 1,5 milyondan çox tacik yaşayır. (Qafqazinfo)

































































































