Dəstə lideri məhkəmə binasında güllələndi

Dəstə lideri məhkəmə binasında güllələndi

Hazırda oxunan: Dəstə lideri məhkəmə binasında güllələndi
236081
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qanemulle Sanciva kimi tanınan dəstə lideri Sanciva Kumar Samararatne Şri-Lankada məhkəmə binasında öldürülüb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxs 2023-cü ilin sentyabrından həbsdədir. 

O, həmin gün onlarla polis əməkdaşının müşayiəti ilə məhkəmə binasına gətirilib.

Samararatneni güllələyən şəxs içi boş kitabda gizlədilən revolverdən istifadə edərək vəkil qiyafəsində olub. Polis kitabı 25 yaşlı Pinpura Devaqe İşara Syuvandinin gətirdiyini bildirib. Hakimiyyət onun haqqında məlumat verənə mükafat vəd edib.

Samararatnenin özü yaralandıqdan sonra xəstəxanaya aparılsa da, həkimlər onun öldüyünü elan ediblər.
 

Qeyd olunur ki, məhkəmə zalında baş verən atışma, hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini elan etdiyi cinayətkar dəstələr arasında silsilə qarşıdurmaların sonuncu epizodu olub.


İnsidentdən sonra hökumət xüsusilə təhlükəli şəxsləri müşayiət edərkən silahlı mühafizəçilərin yerləşdirilməsi də daxil olmaqla yeni məhkəmə mühafizə protokollarını elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO