Ərdoğan yanğının baş verdiyi bölgəyə getdi - VİDEO

Ərdoğan yanğının baş verdiyi bölgəyə getdi - VİDEO

Hazırda oxunan: Ərdoğan yanğının baş verdiyi bölgəyə getdi - VİDEO
231226
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğınla bağlı bölgəyə gedib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Bildirilib ki, Türkiyə Prezidenti və xanımı Əminə Ərdoğan bu faciədə həyatını itirənlərin dəfn mərasimlərində iştirak edəcəklər.
 

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən AFAD və yanğınsöndürən qruplar Kartalkaya xizək mərkəzindəki yanğının baş verdiyi “Grand Kartal” otelində yenidən fəaliyyətə başlayıblar. Otelin böyük hissəsinin taxta materialdan olması səbəbindən çökmə riskinə qatşı qabaqlayıcı tədbirlər alınır.


Xatırladaq ki, dünən gecə saatlarından başlayaraq Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında 76 nəfər həyatını itirib. Yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO