Məşhur aktyorun avtomobilindən doğranmış qadın cəsədi tapıldı - FOTO

Məşhur aktyorun avtomobilindən doğranmış qadın cəsədi tapıldı - FOTO

Hazırda oxunan: Məşhur aktyorun avtomobilindən doğranmış qadın cəsədi tapıldı - FOTO
230884
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyalı aktyor Qoşa Kutsenkonun avtomobilindən doğranmış qadın cəsədi tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "SHOT" "Telegram" kanalı öz mənbəsinə istinadən yayıb.

Məlumata görə, yoldan keçənlər Moskvanın Kutuzovski prospektindəki evlərdən birinin həyətində park edilmiş köhnə "Zaporojets" avtomobilində qadın cəsədini görüblər. Məlum olub ki, bu avtomobil Rusiyanın Əməkdar artisti Qoşa Kutsenkoya məxsusdur. Maşının qapıları açıq olub.

Hadisə yerinə gələn ekspertlər qadının bir neçə saat əvvəl öldürüldüyünü müəyyən ediblər. Maşının içərisində, cəsədin yanında istifadə olunmuş kontraseptiv vasitə də aşkarlanıb.

Mərhumun şəxsiyyəti müəyyənləşdirilir, onun 30-35 yaşlarında olduğu ehtimal edilir.
 

Qətli törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Onun Kazandan olan 30 yaşlı işsiz Albert Abdullin olduğu bildirilir. Onun qətl, təcavüz, soyğunçuluq, oğurluq, dövlət məmurunu təhqir etmə, öldürməklə hədələmə, sağlamlığa qəsdən ağır xəsarət yetirmə kimi çox sayda məhkumluğu mövcuddur.


Faktla bağlı "qətl" maddəsi üzrə cinayət işi açılıb. İstintaqı Rusiya İstintaq Komitəsi aparır və ona prokurorluq nəzarət edir.

Məşhur aktyorun avtomobilindən doğranmış qadın cəsədi tapıldı - FOTO - foto 1
Məşhur aktyorun avtomobilindən doğranmış qadın cəsədi tapıldı - FOTO - foto 2
Məşhur aktyorun avtomobilindən doğranmış qadın cəsədi tapıldı - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO