Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər

Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər

Hazırda oxunan: Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər
228597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suriyanın yeni hakimiyyəti Qətərlə strateji tərəfdaşlıq haqqında razılığa gəliblər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqların yekunu üzrə bildirib.

"Humanitar yardım və strateji tərəfdaşlığa görə Qətərə bir daha təşəkkür edirik. Qətər Suriya xalqının keçdiyi çətin dövrdə bizim tərəfdaşımız olub və Suriyanın gələcəyinin qurulmasında tərəfdaşımız olacaq", - o deyib.

Əl-Şibaninin sözlərinə görə, danışıqlar zamanı Suriya nümayəndə heyəti Qətərin baş naziri ilə bütün strateji məsələləri müzakirə edib, həmçinin yeni Suriya dövlətinin qurulması və onun xarici siyasəti üçün yol xəritəsini təqdim edib. Nazir qeyd edib ki, bu yol xəritəsində bütün suriyalıların maraqlarını təmsil edən hökumətin formalaşdırılması da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO