Təyyarə ilə bağlı daha bir insident Norveçdə baş verdi - FOTO/VİDEO

Təyyarə ilə bağlı daha bir insident Norveçdə baş verdi - FOTO/VİDEO

Hazırda oxunan: Təyyarə ilə bağlı daha bir insident Norveçdə baş verdi - FOTO/VİDEO
227651
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün başlayandan dünyada təyyarə ilə bağlı üçüncü insident baş verib.

Bizim.Media news.ru-ya istinadən xəbər verir ki, insident Oslo-Amsterdam reysi lə hərəkət edən "Boeing 737-800"də baş verib.

Bildirilir ki, "KLM Royal Dutch Airlines" şirkətinə məxsus hava gəmisi hidravlik sistemdəki nasazlıq səbəbindən Norveçdə təcili eniş etməyə məcbur olub. Təyyarə Norveç paytaxtından 110 km cənubda yerləşən Sandefjord hava limanına yönəldilib. Uğurlu enişə baxmayaraq, təyyarə uçuş-eniş zolağından kənara çıxaraq ot örtüyü üzərində dayanıb.

Göyərtədə sərnişinlər və ekipaj üzvləri daxil olmaqla 182 nəfər olub. Xəsarət alan yoxdur.

Sərnişinlər mobil traplar vasitəsilə təxliyə edilib. Hadisə yerinə təcili xilasetmə xidmətləri gəlib.
 

Hazırda hakimiyyət orqanları və aviaşirkət nümayəndələri sərnişinlərə və ekipaja lazımi yardım göstərirlər. Hidravlik sistemin nasazlığının səbəbləri və hadisənin təfərrüatı araşdırma çərçivəsində öyrəniləcək.


Xatırladaq ki, bu gün Cənubi Koreyada təyyarə qəzası baş verib - təcili eniş edən hava gəmisi uçuş-eniş zolağından yan keçərək hasara çırpılıb. Təyyarədə olan 175 sərnişin və altı ekipaj üzvündən yalnız iki nəfər sağ qalıb. Bundan əlavə, Kanadada "PAL Airlines" şirkətinə məxsus təyyarə Halifaks hava limanında təcili eniş zamanı yanıb.



Təyyarə ilə bağlı daha bir insident Norveçdə baş verdi - FOTO/VİDEO - foto 1
Təyyarə ilə bağlı daha bir insident Norveçdə baş verdi - FOTO/VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO