Salome Zurabişvili Gürcüstandakı prezident seçkilərini TANIMADI

Salome Zurabişvili Gürcüstandakı prezident seçkilərini TANIMADI

Hazırda oxunan: Salome Zurabişvili Gürcüstandakı prezident seçkilərini TANIMADI
225266
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstan prezidenti Salome Zurabişvili bugünkü seçkilərin legitimliyini tanımadığını bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Zurabişvili ona dəstək ifadə etmək üçün prezident iqamətgahına gələn vətəndaşlara müraciəti zamanı deyib:

“Heç kim heç kəsi seçməyib. Heç nə baş verməyib”.

Daha əvvəl “X” prezident seçki prosesini “demokratiyanın istehzası” adlandırmışdı. Eyni zamanda o, bildirib ki, baş verənlər Gürcüstanın Avropa yolu ilə getməsinə mane olmayacaq.

Qeyd edək ki, Hakim "Gürcü Arzusu" partiyasının namizədi Mixeil Kavelaşvili bu gün keçirilən seçkilərdə Gürcüstanın altıncı prezidenti seçilib. Seçkilərdə yalnız bir namizəd - hakim partiyanın irəli sürdüyü Mixail Kavelaşvili iştirak edib. Müxalifət isə parlament seçkilərinin nəticələrini tanımadığı üçün prezident seçkilərinə də namizəd irəli sürməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO