Fransızların 50 faizi Makronun istefa verməsini İSTƏYİR – SORĞU

Fransızların 50 faizi Makronun istefa verməsini İSTƏYİR – SORĞU

Hazırda oxunan: Fransızların 50 faizi Makronun istefa verməsini İSTƏYİR – SORĞU

223957

Fransa əhalisinin 50 faizi Prezident Emmanuel Makronun istefasını istəyir.

Bizim.Media xəbər verir ki, bu haqda “Cluster 17”nin apardığı sosial sorğuda qeyd edilir.

Sorğuya görə, fransızlar Mişel Barnye hökumətinə senzura tətbiq edilməsi ilə bağlı ciddi fikir ayrılığına malikdirlər. Bu, partiyaların öz seçicilərini birləşdirə bilməməsini əks etdirir.

Fransızların 36%-i düşünür ki, hökumətə qarşı münasibət prezident E.Makronun Baş nazir təyin etməkdə səhv seçim etməsindən qaynaqlanır. Fransızların 40%-i mövcud çıxılmaz vəziyyətdən qurtulmaq üçün mümkün həllin olmadığına inanır. 

Eyni sorğuya əsasən, fransızların 54%-i prezident Emmanuel Makronun istefasını və 2025-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsini istəyir. 

Xatırladaq ki, Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib. 1962-ci ildən bəri ölkə tarixində ilk dəfə hökumət etimad səsverməsindən sonra devrilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO