Rusiyanın Suriyadakı komandanı vəzifəsindən azad edildi

Rusiyanın Suriyadakı komandanı vəzifəsindən azad edildi

Hazırda oxunan: Rusiyanın Suriyadakı komandanı vəzifəsindən azad edildi
223173
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Silahlı Qüvvələrinin Suriyadakı qoşun qruplaşmasının komandanı general-leytenant Sergey Kisel vəzifəsindən azad edilib.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” teleqram kanalı bildirib.

Onun məlumatını digər hərbi teleqram kanallar da təsdiqləyiblər.

Rusiyalı hərbi ekspert Boris Rojının sözlərinə görə, yeni komandan general-polkovnik Aleksandr Çayko olacaq.

Qeyd edək ki, Kisel Suriyaya yanvarda ezam edilmişdi. 2022-ci ildə Kisel 1-ci qvardiya tank ordusunun komandanı olsa da, yüksəkrütbəli hərbçinin Xarkov istiqamətindəki iflası onu vəzifəsindən etmişdi.

Xatırladaq ki, noyabrın 27-dən 13 ildir vətəndaş müharibəsinin davam etdiyi Suriyada vəziyyət gərginləşib. Üçgünlük döyüşlərdən sonra üsyançılar 2016-cı ildən bəri ilk dəfə ölkənin ikinci ən əhəmiyyətli şəhəri olan Hələbə daxil olublar və şəhəri nəzarət altına alıblar.

Hücum əvvəllər hökumət tərəfində döyüşən “Hizbullah” da daxil olmaqla iranyönümlü qrupların İsraillə müharibəyə cəlb olunduğu vaxt başlayıb. Hökumət qüvvələri üsyançılara ciddi müqavimət göstərə bilməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO