ABŞ-da ən yaşlı cinayətkar edam edildi

ABŞ-da ən yaşlı cinayətkar edam edildi

Hazırda oxunan: ABŞ-da ən yaşlı cinayətkar edam edildi

221898
ABŞ-ın Alabama ştatında 83 yaşlı məhbus edam edilib. Volter Mudi 1989-cu ildə hakim və hüquq müdafiəçisini öldürməkdə ittiham olunub.

İstintaq onun qurbanlarına poçt vasitəsilə bomba göndərdiyini sübut edib. Kişi sona qədər günahını etiraf etməyib.xa0

Bu vaxta qədər ABŞ-da edam edilən ən yaşlı şəxs Con Nikson olmuşdu. O, 2005-ci ildə, 77 yaşında, Missisipidə edam olunub. Agentliyin məlumatına görə, ABŞ həbsxanalarında cəza çəkənlərin 40 faizinin yaşı 50-dən yuxarıdır.xa0

Qeyd edək ki, martın 21-də Alabama ştatının nümayəndələr palatasının üzvləri ölüm hökmünün icrası zamanı azotdan istifadənin lehinə səs vermişdilər. Ölümcül inyeksiyadan istifadə etmək mümkün olmadıqda, bu üsulun tətbiqi təklif olunub.

“Bu, məhbusu yatırdacaq. Azotdan istifadə tez və ağrısız üsuldur”, - respublikaçıların nümayəndəsi Cim Hil deyib.(Oxu.Azxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO