Perudan olan Lina Medina dünyanın ən gənc anası olaraq yadda qalıb. O, beş yaşında hamilə qalaraq dünyaya uşaq gətirib.xa0 Linanın qarnındakı şişə görə narahat olan velideynləri həkimə müraciət ediblər. Müayinə zamanı məlum olub ki, azyaşlı qız hamilədir.xa0
Buna inanmayan həkimlər daha sonraxa0 onu həkim Xerardo Losadın yanına aparırlar və məlum olur ki, doğrudan da Lina hamilədir. 1939-cu il mayın 14-də qeysəriyyə əməliyyatı ilə Linanın oğlu dünyaya gəlir. Uşağın çəkisi 2,7 kq olur. Anası həkimin şərəfinə uşağın adını Xerardo qoyur.xa0
Əməliyyat zamabı həkimlər Linanın orqanizminə də diqqət yetirirlər. Məlum olur ki, beş yaşına baxmayaraq onun cinsiyyət orqanları tam inkişaf edib. Həkimlər ona “vaxtından əvvəl cinsi yetişkənlik” adlandırılan nadir diaqnoz qoyurlar.xa0
Əlbətdə doğuşdan sonra hamı uşağın atasının kim olduğunu soruşur. Buna görə də birinci növbədə polis Linanın atasını həbs edir. Amma bunu sübuta yetirmək üçün kifayət qədər dəlillər olmadığından o, azad olunur. Bu mövzuda Lina ömrü boyu susur və danışmağı sevmir. Amma ehtimal olunur ki, qızın hamilə qalmasına səbəb yerli ənənələrdir. Deyilənə görə kənddə keçirilən bayramlar zamanı qız kimlərsə tərəfindən zorlanıb.xa0
Həyatını yaşamağa davam edən Lina,xa0 həkimi Xerardo Losad tərəfindənxa0 öz klinikasında işə düzəlir və oğlu Xerardo isə məktəbə qoyulur. Çox təəssüflər olsun ki, həkim Xerardo qırx yaşında xərçəng xəstəliyindən dünyasını dəyişir. Bundan sonra Lina Raul Xurado adlı adamla ailə həyatı qurur. Bu evlilikdən də Linanın ikinci oğlan övladı dünyaya gəlir. Baş verənlər Linanın sənədlərində öz əksini tapıb. Dünyanın ən gənc anası kimi tanınan Lina çox kasıb yaşayıb və heç vaxt jurnalistlərə həyatı ilə bağlı açıqlama vermək istəməyib.xa0



Vasif Əlihüseyn





































































































