Türkiyədə evdən İran əsilli 3 qardaşın cəsədi tapıldı: 10 gün əvvəl ölüblərmiş - FOTO

Türkiyədə evdən İran əsilli 3 qardaşın cəsədi tapıldı: 10 gün əvvəl ölüblərmiş - FOTO

Hazırda oxunan: Türkiyədə evdən İran əsilli 3 qardaşın cəsədi tapıldı: 10 gün əvvəl ölüblərmiş - FOTO
220935
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol


Antalyada bir binanın 8-ci mərtəbəsindəki mənzildəm İran əsilli 3 nəfərin meyiti tapılıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Gözəloba məhəlləsindəki yaşayış binasının sakinləri 8-ci mərtəbədəki mənzildən qoxu gəldiyini eşidən kimi 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.
 

Evə gedən qruplar qapını açaraq, qardaş olduqları müəyyən edilən 3 nəfərin hərəkətsiz vəziyyətdə olduğunu görüblər. Sağlamlıq qrupları tərəfindən aparılan müayinədən sonra qardaşların öldüyü müəyyən edilib.


İlkin məlumata görə, qardaşların İran vətəndaşları olduğu müəyyən edilib.

Araşdırmalardan sonra Məhəmmədrza (34), Mohsen (26) və Əmirhüseyn Yasovalyan (23) qardaşlarının cəsədləri məhkəmə-tibb morquna aparılıb.

İranda borcu olduğu deyilən və bir müddət əvvəl işləmək üçün Antalyaya gələn qardaşların sonuncu dəfə oktyabrın 28-də İrandakı ailələri ilə telefonla danışdıqları bildirilib.

Qardaşların 10 gün öncə öldüyü məlum olub.

Araşdırma davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO