İrimiqyaslı kiberhücum internet provayderlərini çökdürüb

İrimiqyaslı kiberhücum internet provayderlərini çökdürüb

Hazırda oxunan: İrimiqyaslı kiberhücum internet provayderlərini çökdürüb

220261
“Cisco” şəbəkə qurğularına edilmiş irimiqyaslı haker hücumu ilə əlaqədar dünyanınxa0 bir çox internet-resursları çöküb . “Cisco-Talos Intelligence” tədqiqat qrupunun məlumatlarına görə, kibercinayətkarlar “Smart Install” klientində həssaslıq aşkarlayaraq, bundan öz məkrli planları üçün istifadə edib.

Söhbət,xa0 “Cisco IOS”da həssaslığın olub olmadığını müəyyən etmək üçün ünvanları kütləvi şəkildə skan edənxa0 və boşluq aşkarlandıqdan sonra “Cisco” qurğularını məsafəli şəkildə idarəetməyə imkan verən “botnet” hücumundan gedir

Hücum nəticəsində bir neçə iri provayder çöküb, aprelin 6-da isə “Twitter”in fəaliyyətində müvəqqəti pozuntular yaranıb.xa0

Rusiyada kiberhücum “Komsomolskaya pravda" və “Fontanka” qəzetlərinin saytlarını çökdürüb.

Kibercinayətkarların aşkarladığı boşluğu aradan qaldırmaq üçün “Cisco” proqramçılar xüsusi patç buraxıb.(Oxu.Az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO