Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub –  YENİLƏNİB

Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub – YENİLƏNİB

Hazırda oxunan: Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub – YENİLƏNİB

218909
Bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhanini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib.

Prezident İlham Əliyev və prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb. İranın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

***

Türkmənistanda rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani görüşlərini bitirərək Azərbaycanın paytaxtı Bakıya səfər edib.

Oxu.Az xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabad şəhərinə gedən Ruhani rəsmi təmaslarının ardından bu gün səhər Mərv şəhərində bəzi tarixi yerləri ziyarət edib.

Dünən Ruhaninin türkmən həmkarı ilə keçirdiyi təkbətək danışıqlar sonrası heyətlər arası görüşlər baş tutub və daha sonra İran və Türkmənistan arasında 13 əməkdaşlıq sazişi imzalanıb.

Prezident Ruhaninin Azərbaycan səfəri prezident İlham Əliyevin rəsmi dəvəti əsasında gerçəkləşib.

H.Ruhanini Azərbaycanın rəsmi şəxsləri və Bakıdakı İran diplomatları qarşılayıb.

H.Ruhani Azərbaycan rəhbərliyi ilə görüşəcək və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.

Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO