“Rusiyanın dünyadan təcrid edilmə təhlükəsi var”

“Rusiyanın dünyadan təcrid edilmə təhlükəsi var”

Hazırda oxunan: “Rusiyanın dünyadan təcrid edilmə təhlükəsi var”

218385

Böyük Britnıyanın 23 rus diplomatı ölkə ərazisindən çıxarmasının ardınca Avropanın 20-yə qədər dövlətinin də rus diplomatları ölkələrindən çıxarmağa hazırlaşdığı ilə bağlı informasiyalar dolaşmaqdadır. Maraqlıdır, Avropa dövltələrinin bu məsələdə “İngiltərənin yolu ilə” getməsi Qərb və Rusiya münasibətlərində yeni bir gərginliyin yaşanmasına səbəb ola bilərmi?

Moderator.az-a açıqlama verən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri baş verənlərin Rusiyanın gələcəyi baxımından yaxşı heç nə vəd etmədiyini vurğuladı:

“Britaniyaya sığınan keçmiş rus casusunun öldürülməsi bütün Avropanın səbrini daşıran bir hadisə oldu. Bu səbəbdən də Britaniya 23 rus diplomatı ölkəsindən qovdu. Doğrudur, Rusiya da eyni sayda ingilis diplomatı ölkə ərazisindən çıxarıldı. Ancaq bu, zəngirvari reaksiya kimi bütün Avropa məkanına yayılmaqdadır. Iki Şərqi Avropa ölkəsi rus diplomatlarını ölkələrindən çıxartmaqla bağlı qərar verməyə hazırlaşır. Hesab edirəm ki, bu proses digər Avropa dövlətlərində də təkrarlana bilər. Baş verənlər Rusiyanın həm siyasi, həm hərbi, həm də hüquqi və iqtisadi cəhətdən Avropadakı mövqelərinin zəifləməsinə gətirib çıxaracaq. Bu, rus iqtisadiyyatı üçün də sarsıdıcı nəticələrə səbəb ola bilər. Rusiya enerji daşıyıclarının böyük bir hissəsini məhz Avropa bazarında satır. Enerji daşıyıcılarından əldə edilən vəsait isə Rusiya büdcəsinin 60%-dən çoxunu təşkil edir. Rusiya gələcəkdə bu bazardan sıxışdırılıb çıxarılsa,bu, Rusiyanın həm iqtisadi, həm də siyasi baxımdan dünyadan izolə edilməsinə gətirib çıxarda bilər. Bir sözlə, baş verənlər Rusiyanın gələcəyi baxımından yaxşı heç nə vəd etmir və çox güman ki, biz yaxın gələcəkdə Rusiyanın ciddi problemlərlə qarşılaşacağına şahid olacayıq”.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO