Vahid Ələkbərov “Lukoyl” rəhbərliyindən gedir  - Varisin adını tezliklə açıqlayacaq

Vahid Ələkbərov “Lukoyl” rəhbərliyindən gedir - Varisin adını tezliklə açıqlayacaq

Hazırda oxunan: Vahid Ələkbərov “Lukoyl” rəhbərliyindən gedir - Varisin adını tezliklə açıqlayacaq

218331
Azərbaycanlı iş adamı Vahid Ələkbərov Londonda keçirilən “İnvestorlar günü”ndə səhmdarı olduğu “Lukoyl” şirkəti haqqında maraqlı açıqlamalar verib.xa0
Ələkbərov şirkətin rəhbərliyindən uzaqlaşmağın vaxtının gəldiyini bildirib:

“Hər bir qurumun rəhbəri şirkətinin idaərəetmə fəaliyyətindən ayrılsa belə şirkətinin səmərəli işləyə biləcəyini düşünməlidir. Bu gün mənim və vitse-prezidentin funksiyalarını birləşdirdik. Vaxtı gələndə isə bu vəzifələr ayrılacaq. Məqsədimiz özəl şirkət qurmaq deyil.

Məni əvəz edəcək adam haqqında düşünürəm. Bu, yaxın qohumum olmayacaq. Zaman gələndə onun haqqında biləcəksiniz”.

Milyarder şirkətin gələcəyi haqqında narahatlığını da dilə gətirib:

“Mənim varislərimin mülkümü müflis edə biləcəyini düşünmürəm. Əks halda bu gözlənilməz nəticələrə gətirib çıxara bilər”.

Qeyd edək ki, “Lukoyl”ın ən böyük səhmdarı 24,8% hissə ilə Vahid Ələkbərovdur. Leonid Fedun 9,8%, IFD Kapital təxminən 8% və “Lukoyl İnvestisiya Kipr” 16% hissə ilə digər səhmdarlardır.(qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO