Ərdoğan bu gün xalqa müraciət edəcək - FOTO

Ərdoğan bu gün xalqa müraciət edəcək - FOTO

Hazırda oxunan: Ərdoğan bu gün xalqa müraciət edəcək - FOTO
218258
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə Cümhuriyyət Günü qeyd olunur

Bu gün qardaş Türkiyədə ölkənin ən böyük bayramı - Cümhuriyyət Günü qeyd olunur.

Bizim.Media xəbər verir ki, 1923-cü il oktyabrın 29-da ölkə parlamentinin Ankarada keçirilən iclasında Türkiyə Cümhuriyyəti elan edilib. Birinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) 158 deputatının hamısı qanun layihəsinin lehinə səs verib.

Həmin gün ölkənin ilk prezidentinin seçkiləri baş tutub. O, namizədliyi yekdilliklə təsdiqlənən Mustafa Kamal Atatürk olub.

Beləliklə, idarə forması məsələsi həll olunub və Türkiyə tarixində yeni səhifə açılıb.

Cümhuriyyət Gününə həsr olunmuş ilk bayram tədbirləri bir il sonra baş tutub və bu əlamətdar gün 1925-ci ildə rəsmi “milli bayram” statusu alıb.

Cümhuriyyət Günü münasibətilə ölkənin 81 vilayətinin hər birində, eləcə də Türkiyənin xarici nümayəndəliklərində və Şimali Kipr Türk Cümhuriyyətində bayram tədbirləri keçirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində Cümhuriyyətin yaranmasının 101-ci ildönümü münasibətilə həmvətənlərini təbrik edəcək.

Türkiyə dövlətinin başçısı hökumət üzvləri, Baş Qərargah və ölkənin siyasi partiyalarının nümayəndələrinin müşayiəti ilə Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edəcək.

Ərdoğan bu gün xalqa müraciət edəcək - FOTO - foto 1
Ərdoğan bu gün xalqa müraciət edəcək - FOTO - foto 2
Ərdoğan bu gün xalqa müraciət edəcək - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO