Almaniya kansleri: Ukrayna münaqişəsində danışıqların vaxtı çatıb

Almaniya kansleri: Ukrayna münaqişəsində danışıqların vaxtı çatıb

Hazırda oxunan: Almaniya kansleri: Ukrayna münaqişəsində danışıqların vaxtı çatıb
210578
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniya kansleri Olaf Şolts Ukraynadakı münaqişənin sülhün necə əldə olunacağını müzakirə etmək məqamı olduğunu deyib və Rusiyanın böhranın həlli üçün yeni sammitdə iştirakını bir daha müdafiə edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, ZDF televiziyasına müsahibəsində deyib.
 

“Fikrimcə, indi bu müharibə vəziyyətindən sülhə necə keçəcəyimizi indiki məqamda real görünəndən daha tez müzakirə etməliyik. İstənilən halda yeni konfrans keçiriləcək. Ukrayna prezidenti Volodimir Zelenski ilə mən eyni fikirdəyik ki, Rusiya orada təmsil olunmalıdır”, - o bildirib.


Şolts bundan sonra da Kiyevə kömək etmək üçün hər şeyi edəcəyini qeyd edib, lakin etiraf edib ki, Almaniyada silah tədarükünə qarşı çıxan partiyaların uğurlu olduğu regional seçkilərin nəticələri həm də bir sıra vətəndaşların Ukraynanı dəstəkləməklə razılaşmaması ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO